Gündəm / İqtisadiyyat / Dünya
Türkiyəyə yardım ayrılacaq

Avropa İttifaqı Türkiyəyə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 400 milyon avro maliyyə yardımı ayıracaq.
Globalpress.az- ın məlumatına görə, Avropa İttifaqı Şurası Avropa Komissiyasının Rumıniya, İtaliya və Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 454,8 milyon avro ayırmaq təklifini qəbul edib. Yardım Aİ-nin 2023-cü il büdcəsindən gələcək.
“2022-ci ildə şiddətli quraqlığın baş verdiyi Rumınyaya 33,9 milyon, 2022-ci ilin sentyabrında intensiv yağışlar səbəbindən sel və daşqınlarla üzləşən İtaliyaya 20,9 milyon avro, 2023-cü ilin fevralında zəlzələ fəlakəti yaşayan Türkiyəyə isə 400 milyon avro yardım göstəriləcək”,-məlumatda əks olunub.