Gündəm / Siyasət / Dünya
ABŞ -dan Rusiyaya təzyiq

Demokratlar ABŞ Konqresinə Ukraynanı dəstəkləyən və Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Globalpress.az xəbər verir ki, Qanun layihəsini Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ən yüksək səviyyəli demokrat Qreq Miks təqdim edib. Sənəd Ukraynaya təhlükəsizlik ehtiyaclarını, müharibədən sonrakı yenidənqurma işlərinin maliyyələşdirilməsini və Rusiyaya qarşı daha güclü sanksiyaları nəzərdə tutur.
Birinci fəsildə NATO-nun Ukraynaya dəstəyi bir daha təsdiqlənir və Ukraynanın bərpası üçün xüsusi koordinator vəzifəsinin yaradılması təklif edilir.
İkinci bölmə Ukraynanın təhlükəsizliyinə yardımdan, o cümlədən birbaşa kreditlərdən və hərbi maliyyələşdirmədən bəhs edir.
Üçüncü bölmə Rusiya banklarına, enerji və dağ-mədən sənayesinə və Rusiya rəsmilərinə qarşı sərt sanksiyalar və ixrac nəzarəti haqqındadır.