Gündəm / Siyasət / Cəmiyyət
14:20, 14 Nisan 2025
0

Rəsmi Bakı Fransa XİN- ə cavab verdi

Rəsmi Bakı  Fransa XİN- ə  cavab  verdi


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa xarici işlər naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı verdiyi açıqlamaya cavab verib.
Globalpress.az xəbər verir ki, XİN rəsmisi özünün “X” hesabında bildirib ki, Fransanın Ermənistana öldürücü silahları tədarük etməsi və sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi xarici işlər naziri Jan Noel Barronnun regionda gərginliyin yaranması ilə bağlı narahatlığını ifadə etdiyi fikirləri ilə uyğun gəlmir.

O qeyd edib ki, bu ikili yanaşma Fransanın riyakarlığını göstərir:

“Sülh razılaşmasının üzərində işin başa çatdırılması önəmli hadisə olsa da, onun imzalanması və regionda uzunmüddətli sülhə nail olunması Ermənistanın Konstitusiyasında Azərbaycana ərazi iddialarının aradan qaldırılmasını və əsasən də Fransa tərəfindən regionda vəziyyətin destabilləşdirilməsinə xidmət edən xarici müdaxilənin aradan qaldırılmasını tələb edir. Bundan başqa insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərin mühakiməsinə maneələrin yaradılması təkcə bu işlərin aparılmasını əngəlləmir, həm də törədilən cinayətlərə görə məsuliyyət məsələsinə xələl gətirir”.
Digər xəbərlər: