Gündəm / Siyasət / Dünya
Ukraynaya yardı edilir

Hollandiya Ukrayna üçün sursatların birgə alınması üçün 260 milyon avro ayıracaq.
Globalpress.azxəbərverirki, , bu barədə çərşənbə axşamı ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Ölkənin hərbi departamentinin rəhbəri Kaysa Ollonqren Avropa İttifaqı müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra dövlətin Ukraynaya birgə mərmi alınması üçün 260 milyon avro ayıracağını bildirib. Bu halda söhbət 155 millimetr kalibrli sursatdan gedir.
Qeyd edək ki, Hollandiyadan Kiyevə hərbi yardımın məbləği artıq 1,2 milyard avro təşkil edib.
Yeri gəlmişkən, çərşənbə axşamı “Politico” Ukrayna müdafiə nazirinin müşaviri Yuri Saka istinadən Hollandiyanın Kiyevə “F-16” qırıcıları göndərən ilk ölkə olacağını yazıb.
Qeyd olunduğu kimi, hazırda ölkədə bu tipli “operativ yerləşdirməyə hazır” 24 təyyarə istifadə olunur.