Gündəm / Siyasət / Dünya
Aİ Şurası Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək

Aİ Xarici İşlər Şurası xarici işlər nazirlərinin bugünkü görüşündə digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında mövcud hadisələri də müzakirə edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Şuranın rəsmi saytında qeyd olunub.
Xarici Əlaqələr Şurasının iclası Lüksemburqda keçiriləcək. Konfransa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sədrlik edəcək. Xarici işlər nazirləri Rusiya-Ukrayna münaqişəsini, Yaxın Şərqdəki vəziyyəti, Aİ-Afrika və Aİ-Balkan münasibətlərinə də baxacaqlar.