Gündəm / Cəmiyyət / Sosial
İmişlidə pivə emalı zavodunun təməli qoyulub

Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılması üçün İmişlidə yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub.
Globalpress.az xəbər verir ki, “Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun ərazisində inşa olunacaq müəssisə “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Malları” MMC və Azərbaycan İnvestisiya Şirkətinin birgə investisiyası ilə reallaşdırılacaq.
İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə 17 min ton pivəlik arpa (malt) emal edəcək zavod Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun, həmçinin ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək.
İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə bu məhsul üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq. Zavodda 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 12 min ton tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin “Azərşəkər” MMC tərəfindən Ağcabədi, İmişli və Füzuli rayonlarının ərazisində 8000 ha ərazidə arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək.
Daha çox xəbər:

Yumurta istehsalı artacaq

Kəmaləddin Heydərovun şirə zavodunun tikintisi dayandırılır - FOTO

Azərbaycanda taxıl, buğda, arpa yığımının həcmləri açıqlandı

Prezident Zirədə zeytun emalı zavodunun açılışında iştirak edib - Yenilənib

Prezident Zirədə zeytun emalı zavodunun açılışında iştirak edib - Yenilənib