Gündəm / Cəmiyyət
Azərbaycanda taxıl, buğda, arpa yığımının həcmləri açıqlandı
Hazırda sahələrdən 1 milyon 700 min ton taxıl, 793 min ton buğda, 910 min ton arpa yığılıb.
Globalpress.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, taxılçılıq kənd təsərrüfatının ərzaq təhlükəsizliyi baxımından vacib sahəsidir:
“Ölkədə hazırda taxıl biçini davam edir, cari ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb, bunların 600 min hektara yaxın buğda, 400 min hektara yaxın isə arpa əkinləri təşkil edir. Hazırda biçin davam edir, demək olar ki, ümumi taxıl sahəsində təxminən 58 %-ində biçin aparılıb, 570 min hektar biçilib, 1 milyon 700 min ton məhsul istehsal edilib, taxıldan orta məhsuldarlıq 29,9 sentner təşkil edir”.
Bununla yanaşı 250 min hektar sahədə buğda biçin aparılıb, İ.Cümşüdov davam edib.
“Ümumi biçiləcək sahə 570 min hektardır. Ümumilikdə, buğda sahələrinin 44 %-ində biçin başa çatıb və 793 min ton məhsul istehsal edilib. Buğdanın məhsuldarlığı 31,9 sentner təşkil edir. Bu, göstərir ki, tarlada məhsul boldur”.
O əlavə edib ki, ölkə üzrə 394 min hektar ərazidə arpa əkinləri aparılıb: “Artıq həmin ərazilərin 81 %-i biçilib: “Hektardan məhsuldarlıq 28,4 sentner təşkil edir, 910 min ton arpa məhsulu biçilib və tədarük edilib”.
Daha çox xəbər:

Azərbaycanda taxıl biçininə start verildi

Kənd Təsərrüfatı Nazirliyi: "Ölkədə buğda ehtiyatları formalaşıb"

SOCAR bu il 94 min ton metanol və 43 min ton karbamid ixrac edib

Rusiya taxıl ixracına rüsumu bir qədər də azaldır 13:05 / 20.05.2022

Dmitri Patruşev: “Azərbaycan Rusiya taxılının əsas idxalçısı olaraq qalır