Gündəm / Cəmiyyət
FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Göyçay şəhər Məhəmməd Füzuli adına 6 nömrəli tam orta məktəbdə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.
Tədbirin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.
Praktiki hissədə baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.
Uğurla keçən tədbirdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.













Daha çox xəbər:

FHN-in Muğan Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib

FHN-in Şimal Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib