Gündəm / Siyasət / Dünya
Tərəflər arasında əsir mübadiləsi aparılıb

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub.
Globalpress.az- ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya 205 ukraynalı əsiri Kiyevə, Ukrayna da 205 rusiyalı əsiri Moskvaya qaytarıb.
Mübadilə mayın 6-da baş tutub.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, azad edilən rusiyalı əsgərlər hazırda Belarusdadırlar.
“Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı verilir”, - Rusiya MN-in məlumatında qeyd olunub.