Gündəm / Siyasət / Dünya
13:05, 06 May 2025
0

Bu Avropa dövlətləri Rusiyaya çağırış etdilər

Bu Avropa  dövlətləri  Rusiyaya  çağırış  etdilər


Böyük Britaniyanın baş naziri Keir Starmerlə Fransa prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığında Ukraynadakı vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putinə atəşkəslə bağlı müraciət etmək barədə razılığa gəliblər.
Globalpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytı məlumat yayıb.

"Ukraynadakı vəziyyətə gəlincə, liderlər dayanıqlı sülh danışıqlarına imkan yaratmaq üçün Rusiyanın 30 günlük atəşkəslə razılaşmasının vacibliyini müzakirə ediblər. Ukrayna sübut edib ki, danışıqlar masası arxasına əyləşməyə hazırdır və sülh tərəfdarıdır", - bəyanatda deyilir.

Məlum olduğu kimi, Rusiya ABŞ-nin təklif etdiyi və Ukraynanın dəstəklədiyi 30 günlük atəşkəs təşəbbüsünü dəstəkləməkdən imtina edib.
Digər xəbərlər: