Gündəm / İqtisadiyyat / Cəmiyyət
Yumurta istehsalı artacaq

Yeni müəssisə tikilir, gündəlik 100 min ədəd yumurta istehsal edəcək
Globalpress.az- ın məlumatına görə, Xaçmaz rayonunda yumurta istehsal edəcək yeni müəssisə tikilir.
“Azəriyumurta” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni müəssisəsi rayonun Niyazoba kəndində inşa edilir.
3,5 hektar ərazidə tikilən müəssisə fəaliyyətə başladıqdan sonra burada 50 nəfər daimi işlə təmin olunacaq.
İnvestisiya qoyuluşu 3 milyon manat olan müəssisədə gündəlik 100 min ədəd yumurta istehsal etmək mümkün olacaq.
Niyazoba kəndində yeni müəssisənin inşası əhalinin quşçuluq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsi və yeni iş yerlərinin yaradılması baxımından region üçün mühüm əhəmiyyətə malikdir.
Daha çox xəbər:

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar

Saxta kərə yağı istehsal edən daha bir müəssisə bağlandı

Baş nazirin başına yumurta atdılar

Azərbaycan istehsalı olan maşınların sayı açıqlanıb - FOTO

Süd məhsullarını istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı