Gündəm / Siyasət / Dünya
08:49, 05 Haziran 2023
0

Uolles NATO nin Baş Katibi ola bilər

Uolles  NATO  nin  Baş Katibi  ola bilər


Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini irəli sürəcək.

Globalpress.az- ın məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ-a gözlənilən səfəri zamanı ABŞ prezidenti Co Baydendən Ben Uollesin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini dəstəkləməsini xahiş edəcək.

Rişi Sunak bu həftə Vaşinqtona səfərindən Co Baydeni Böyük Britaniyanın Müdafiə Nazirini NATO-nun yüksək vəzifəsində dəstəkləməyə inandıracaq.

Böyük Britaniyanın baş naziri bu mövzunu bu yaxınlarda Xirosimada keçirilən “Böyük Yeddilik” ölkələri liderlərinin görüşü çərçivəsində qaldırıb
Digər xəbərlər: