Gündəm / Siyasət / Dünya
Boris Conson NATO-nun Baş katibi olmaq istəyir

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson özünü NATO-nun baş katibi vəzifəsinə namizəd hesab etdiyini bildirib.
Globalpress.az xəbər verir ki, o, bu barədə müsahibəsində bildirib.
"Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür", - deyə Conson bildirib.
Qeyd edək ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər.
Boris Conson isə 2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb
Daha çox xəbər:

“Ukrayna NATO-ya daxil olmalıdır” - Conson

Rusiya Boris Conson və digər britaniyalı nazirlərə qarşı sanksiya tətbiq edib

Boris Conson: "Britaniya Avropa Birliyindən çıxmağa hazırdır"

Boris Conson Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib

Ərdoğan NATO-nun Baş katibi ilə görüşdü Siyasət