Gündəm / Siyasət / Dünya
07:52, 30 May 2023
0

Bayden Ərdoğanla nələri müzakirə ediblər

Bayden  Ərdoğanla nələri  müzakirə ediblər


ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankaranın mümkün Amerikanın F-16 qırıcılarını alması məsələsini müzakirə edib. Dövlət başçıları Türkiyənin etiraz etdiyi İsveçin NATO-ya daxil olması mövzusuna da toxunublar.

Globalpress.az- ın məlumatına görə, mövzular Baydenin telefon danışığı zamanı prezident seçkilərindəki qələbəsi münasibətilə Ərdoğanı təbrik edərkən müzakirə olunub.

“Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O, hələ də F-16-da nəsə üzərində işləmək istəyir. Mən ona dedim ki, İsveçlə məşğul olmaq istəyirik, gəlin bunu edək”, – Bayden jurnalistlərə deyib.

Amerika Prezidenti əlavə edib ki, tərəflər bu məsələlərlə bağlı daha sonra əlaqə saxlayacaqlar
Digər xəbərlər: