Gündəm / Siyasət / Dünya
Bayden Ərdoğana söz verdi: Dəstəkləyəcəyik!
ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Balidəki görüşündə administrasiyasının Türkiyə ilə F-16 müqaviləsini dəstəkləyəcəyini bildirib.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bayden İstanbulda baş verən partlayışla bağlı Ərdoğana dərin hüznlə başsağlığı verib. Danışıqlar zamanı ABŞ və Türkiyə liderləri iki ölkə arasındakı əlaqələri, xüsusilə ticarət və təhlükəsizlik məsələlərini, eləcə də regional hadisələri müzakirə ediblər. Amerika prezidenti türkiyəli həmkarına taxıl dəhlizi və tədarükün bərpasını təmin etmək səylərinə görə təşəkkür edib.
Bayden vurğulayıb ki, Türkiyə İsveçin NATO-ya daxil olması prosesində mühüm iştirakçıdır
Daha çox xəbər:

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Ərdoğan: "NATO-nun güclənməsi Rusiya və Ukrayna arasında münaqişənin həllinə töhfə verəcək

Ərdoğanın sözçüsü ABŞ dövlət katibinin müavini ilə Qarabağı müzakirə etdi

Finlandiya Prezidenti Ərdoğanla görüşmək istəyir