Gündəm / Siyasət / Dünya
00:47, 24 May 2023
0

Aİ Ukraynaya nə qədər yardım edib?

Aİ Ukraynaya nə qədər  yardım  edib?


Avropa İttifaqı (Aİ) Ukraynaya digərlərindən daha çox müxtəlif növ yardımlar göstərib, onun həcmi 65 milyard avronu keçib.

Globalpress.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel bildirib.

“Bütün yardım növlərini - hərbi, mülki, iqtisadi, humanitar, maliyyə, qaçqınlara yardım – nəzərə alsaq, Aİ Ukraynanın ən böyük donorudur”, - deyə Aİ-nin rəsmisi söyləyib.

O əlavə edib ki, Aİ Kiyevə yardımı davam etdirəcək. Həmçinin xatırladıb ki, Aİ Ukraynaya növbəti makromaliyyə yardımı tranşı kimi 1,5 milyard avro ödəyib.
Digər xəbərlər: