Gündəm / Siyasət / Dünya
Nazir Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Ankaraya səfər edəcək.
Globalpress.az xəbər verir ki, səfər Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutacaq.
Bu məlumatı Türkiyə KİV- ləri yayıb.
Bildirilib ki, tərəflər görüşdə “Akkuyu” və “Türk axını” atom elektrik stansiyalarının tikintisini müzakirə edəcəklər.
Həmçinin, 60 gün müddətinə uzadılan taxıl müqaviləsi ətrafındakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.