Gündəm / Siyasət / Dünya
Bir sıra müzakirələr olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aprelin 6-7-də Türkiyəyə gözlənilən səfəri zamanı ikitərəfli münasibətlər, taxıl sazişinin icrası, beynəlxalq və regional gündəlikdəki aktual məsələlərin geniş spektrinin müzakirəsi planlaşdırılır.
Globalpress.az- ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu məlumat verib.
“Bizim görüşümüz üçün geniş spektrli məsələlərin müzakirəsi planlaşdırılır. İkitərəfli əlaqələrlə yanaşı, taxıl müqaviləsinin uzadılması məsələsinə də baxılacaq. Bu məsələ ilə bağlı martın 30-da BMT-nin baş katibi Antonio Quterreş ilə danışıqlarımız olub. O, xüsusilə rusların şikayət etdiyi bir neçə məsələnin həllinə Türkiyənin töhfə verməsi ehtimalı ilə maraqlandı, bunun üzərində işlədiyimizi xəbər vermişdik. Rusiya taxıl müqaviləsini 60 gün uzatmağa razılaşıb. Onun 120 gün uzadılması ilə bağlı heç bir aydınlıq yoxdur, bu mövzudan da danışacağıq", - deyə TRT telekanalı bazar ertəsi nazirə istinadən xəbər verib.
Bundan əvvəl Lavrovun Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edəcəyi bildirilirdi. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, danışıqlarda qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır. Regional və beynəlxalq gündəliyin aktual məsələləri, o cümlədən Ukraynadakı mövcud vəziyyət ətrafında hərtərəfli fikir mübadiləsi aparılacaq.
Həmçinin müxtəlif səviyyələrdə ikitərəfli təmasların qrafikinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, bu günlərdə prezident Vladimir Putinin Türkiyəyə səfər edəcəyi barədə məlumat verilmişdi. Rusiya prezidentinin 27 apreldə "Akkuyu" Atom Elektrik Stansiyasının açılışında iştirak etmək ehtimali var.