Gündəm / Siyasət / Dünya
07:13, 05 Nisan 2023
0

Yaponiya NATO - da daimi nümayəndəlik açır

Yaponiya  NATO  - da  daimi  nümayəndəlik  açır


NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın tərəfdaşlarından biri olan Yaponiyanın NATO-da diplomatik nümayəndəlik açmaq qərarına gəldiyini bildirib.
Globalpress.az xəbər verir ki, Stoltenberq və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün iclaslarından sonra birgə mətbuata bəyanatla çıxış ediblər .
Yaponiyanın Rusiya-Ukrayna müharibəsini pislədiyini və NATO-nun Ukraynaya yardım paketinə verdiyi maliyyə dəstəyini alqışladığını ifadə edən Stoltenberq deyib: “İndi Hind-Sakit okean, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı sürətləndiririk”.
Stoltenberq Yaponiyanın NATO-da xüsusi diplomatik nümayəndəlik açmaq qərarını da yüksək qiymətləndirib.
Yaponiya naziri Hayaşi vurğulayıb ki, status-kvonun güc yolu ilə dəyişdirilməsi ilə yanaşı, hətta nüvə silahından istifadə və bununla bağlı müzakirələr də qəbuledilməzdir
Digər xəbərlər: