Gündəm / Siyasət / Dünya
16:33, 31 Mart 2023
0

NATO Finlandiyaya təbrik göndərib

NATO  Finlandiyaya  təbrik  göndərib


Globalpress.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinistonu ölkəsinin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesinin başa çatması münasibətilə təbrik edib. Stoltenberq sosial şəbəkədəki mesajında ​​Niinistoya təbriklərini çatdırıb. "Yaxın günlərdə NATO-nun mənzil-qərargahında Finlandiya bayrağının ucaldılmasını səbirsizliklə gözləyirəm". Stoltenberq birlikdə daha güclü və inamlı olacaqlarını bildirib. Stoltenberq yayımladığı videomüraciətdə Finlandiyanın NATO-ya rəsmi üzvlüyünün yaxın günlərdə baş tutacağını bildirib. 30 NATO ölkəsində ratifikasiya prosesləri 2022-ci ilin may ayında NATO-ya üzvlük üçün müraciət edən Finlandiyanın üzvlük protokollarının Türkiyə Böyük Millət Məclisinin təsdiqi ilə tamamlandı.
Digər xəbərlər: