Gündəm / Siyasət
01:05, 16 Şubat 2022
0

Rusiya Ukrayna sərhədindəki qoşunların bir hissəsini geri çəkmək qərarına gəlib.

Rusiya Ukrayna sərhədindəki qoşunların bir hissəsini geri çəkmək qərarına gəlib.


Rusiya Ukrayna sərhədindəki qoşunların bir hissəsini geri çəkmək qərarına gəlib. Moskva bu addımı “təlimlərin başa çatması” ilə əlaqələndirir, hərçənd, bunu Vaşinqtonun “işğal günü” gedişinin nəticəsi kimi dəyərləndirə bilərik.

ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi – 16 fevral – açıqlamaqla iki gediş etdi:

Birincisi, Ukrayna ətrafında geosiyasi təşviş yaratdı və onunla razılaşmayan Avropaya rus təhlükəsinin reallığını göstərmək istədi;

İkincisi, geosiyasi rəyi formalaşdırmaqla Rusiyanı günahkar tərəf kimi davamlı təkziblər verməyə məcbur etdi;

Rusiya “16 fevralda hücum etməyəcəyini” sübut etməyə məcbur idi: Moskva “işğal tarixi”ndə ABŞ-ı haqlı çıxaracaq mümkün hadisələrin olması ehtimalını da nəzərə alır.

Putin dünən Şoyqu və Lavrovla müzakirələr apardı. Lavrovun “dialoq üçün bir yol var” açıqlaması Putinin ritorikanı bir qədər yumşaltmaq qərarına gəldiyini göstərir. Ardınca “qoşunların bir hissəsinin Ukrayna sərhədindən çəkilməsi” ilə “hücum etməyəcəyini” sübut etmək gedişi etdi. Putinin bu gedişi həm də bu gün Moskvada Almaniya kansleri Şolzla görüşə hesablanıb: ruslar “müharibə istəmədiklərini” isbatlamalıdır;

Zaxarova “15 fevral 2022-ci il Qərbin müharibə təbliğatında uğursuz olduğu gün kimi tarixə düşəcək, bir güllə atılmadan, rəzil və məhv edilmiş formada” deyir. Əslində “informasiya müharibəsi”ni uduzan Rusiya oldu, çünki təkzib verən tərəfin günahkar imici daha güclü olur.

ABŞ bununla Rusiyanı geri çəkilməyə məcbur etdiyini göstərməyə və müttəfiqləri üzərində “qoruyucu” rolunu gücləndirməyə də nail olur.

Beləliklə, Vaşinqton hücum edən, Moskva müdafiə olunan tərəfə çevrildi.

Asif Nərimanlı
Digər xəbərlər: