Hadisə
Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı — VİDEO

Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
beş.az Oxu.Az-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində yerləşən 8-ci Polis bölməsinin qarşısında münaqişə yaranıb. Nəticədə 1978-ci il təvəllüdlü Hüseynov Elşad Dünyamalı oğlu bıçaqlanıb.
Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Zərər çəkən döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha çox xəbər:

Bakıda qanlı gecə - Bir qadın və bir kişi bıçaqlandı

Marketdə 33 yaşlı kişinin qabırğasını sındırdılar

Bakıda öldürülən "Emil 444"ün qətlinin TƏFƏRRÜATI məlum oldu - VİDEO

Bakıda ad günündən qayıdan ailə yol qəzasına düşüb, 3 yaralı var -

Xanım sürücü "Prado" ilə "Ganjlik Mall"ın qarşısında dəhşətli qəza törətdi - VİDEO