Gündəm / Siyasət / Dünya
17:37, 24 Şubat 2023
0

Stoltenberq Zelenskini NATO sammitinə dəvət edib

Stoltenberq Zelenskini NATO sammitinə dəvət edib


NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenskini Alyansın iyulda Vilnüsdə keçiriləcək növbəti sammitinə dəvət edib.

Globalpress.az TASS - a istinadən xəbər verir ki,Stoltenberq bu barədə Tallində keçirdiyi mətbuat konfransında bildirib.

O, Zelenskinin Alyansın sammitində şəxsən iştirak edə biləcəyinə ümid etdiyini bildirib, lakin bunun Ukraynadakı vəziyyətdən asılı olduğunu başa düşdüyünü qeyd edib.

Qeyd edək ki, NATO-nun 30 dövlət və hökumət başçısının görüşü iyulun 11-12-də Vilnüsdə keçiriləcək.
Digər xəbərlər: