Gündəm / Siyasət / Dünya
08:06, 22 Şubat 2023
0

Netanyahu Kiyevə səfər edəcək

Netanyahu   Kiyevə  səfər edəcək


İsrailin Baş naziri Binyamin Netanyahu yaxın vaxtda Ukraynanın paytaxtı Kiyevə səfər edə bilər.

Globalpress.az- ın məlumatına görə bu barədə İsrail KİV - ləri məlumat yayıb.

Bildirilib ki, bu məsələ hazırda İsrail Nazirlər Kabinetində müzakirə olunur. Nəşr vurğulayıb ki, səfərin baş tutacağı təqdirdə onu Ukrayna Prezidenti Volodimir Zelenski qəbul edəcək.

Qəzetin Ukraynadakı mənbələrdən əldə etdiyi məlumata görə, Ukraynanı ziyarət etmək dəvəti israilli siyasətçiyə ötürülüb, lakin mümkün səfərin müddəti hələlik razılaşdırılmayıb.

Xatırladaq ki, fevralın 20-də ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib
Digər xəbərlər: