Gündəm / Siyasət / Cəmiyyət
17:33, 14 Aralık 2022
0

Azərbaycan XİN-dən Fransaya CAVAB

Azərbaycan XİN-dən Fransaya CAVAB


Ümumiyyətlə, sözügedən ərazilərdə son 30 il ərzində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə diqqət yetirilməməsi, habelə Üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına bu ölkələr tərəfindən laqeydlik məsələlərə qərəzli yanaşmanın göstəricisidir. Eyni zamanda, Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər.

Bölgədə humanitar vəziyyətə gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.
Digər xəbərlər: