Gündəm / Siyasət / Dünya
19:20, 24 Kasım 2022
0

İranda 400-dən çox insan edam edilib, 85 uşaq ölüm hökmünə məhkum olunub

İranda 400-dən çox insan edam edilib, 85 uşaq ölüm hökmünə məhkum olunub


İranda bu ilin sentyabrınadək 400-dən çox insan edam olunub”.

Globalpress.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib.

Onun sözlərinə görə, son 5 ildə ilk dəfədir ölkədə edam edilənlərin sayı 400-ü ötüb.

Ali komissar deyib ki, İranda 2020-ci ildə 276 nəfər, 2021-ci ildə isə 330 nəfər edam olunub.

F.Türk deyib ki, hazırda 85 uşaq edam hökmünün icrasını gözləyir: “Bu il onların ikisi edam edilib”.
Digər xəbərlər: