Gündəm / Siyasət / Cəmiyyət
Delimitasiya üzrə yaradılan Katibliyin fəaliyyət mexanizmi açıqlandı
Xəbər verdiyimiz kimi, Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın Katibliyini yaradıb.
Globalpress.az xəbər verir ki, Katibliyin fəaliyyət mexanizmi aşağıdakı kimi olacaq:
-Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyət planını, Komissiyanın, ekspert qrupunun və işçi qrupun iclaslarında baxılacaq məsələlərin layihələrini, həmçinin hüquqi aktların layihə- lərini ekspert qrupunun və ya işçi qrupun üzvlərinin iştirakı ilə hazırlayır və müzakirəsini təşkil edir;
- Komissiyanın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Komissiyanın, ekspert qrupunun və ya işçi qrupun iclaslarına çıxarır;
- aidiyyəti dövlət orqanlarından (qurumlarından), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;
- Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyətini təşkil və koordinasiya edir, Komissiyanın kargüzarlıq işlərini aparır, iclasların protokollarını tərtib edir və iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;
- Komissiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır, nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır;
- Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların Komissiyanın sədrinin razılığı ilə kütləvi informasiya vasitələrində yayılmasını təmin edir;
- Komissiyanın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı digər işləri həyata keçirir.
Daha çox xəbər:

Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın Katibliyini yaradıb

Azərbaycanın dörd deputatı ABŞ-a gedir

Sərhədin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI - SƏRƏNCAM 23 May 2022 19:03Baxış: 1 891 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

Rəqəmsal transformasiya üzrə Azərbaycan - Türkiyə İşçi qrupunun ilk iclası keçirilib – FOTO

İlham Əliyevdən Prezident Administrasiyası ilə bağlı SƏRƏNCAM