Gündəm / Cəmiyyət / Hadisə
Ruhəngiz Qasımova ilə Təzə Pir məscidində vida mərasimi keçirilir -
Avqustun 14də Honkonqa getmişdik. Pandemiya görə iki il idi gələ bilmirdi. Orada yaxşı vaxt keçirdik. Sonra Bakıya qayıtmali idi. Sentyabrın 26-da qayıtmali idik. Onda anamın halı pisləşdi. 10 gün içində vəfat etdi. Son sözü isə "Uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxarma" oldu".
Globalpress.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana Paşa Süleymani deyib. O atasının vəfatından sonra anasının yaşamaq istəmədiyini vurğulayıb. Hazırda Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilir. Məclisdə Qasımovanın övladları, yaxınları və incəsənət aləminin bir çox tanınmış simaları iştirak edirlər.
Bəstəkar bu gün Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək. O, həyat yoldaşı Əli bəyin qəbrinin yanında torpağa tapşırılacaq.
Xatırladaq ki, Ruhəngiz Qasımova vəfat etməsi ilə bağlı məlumatı ilk dəfə teatrşünas Anar Bürcəliyev paylaşıb. 82 yaşlı bəstəkar oktyabrın 9-da Honkonqda qızı Canana Paşa Süleymanin evində vəfat edib.
Daha çox xəbər:

Dahi bəstəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.

Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilir - FOTO + YENİLƏNİB

SON DƏQİQƏ: Azərbaycanda Xalq artisti VƏFAT ETDİ

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb

Yaqub Zurufçu nə vaxt dəfn olunacaq?