Gündəm / Siyasət / Dünya
Türkiyə XİN bəyanat yaydı
BMT Baş Assambleyasının Prezidenti və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahidin Ermənistana səfəri çərçivəsində qondarma “soyqırımı abidəsini” ziyarət etməsi başa düşülmür.
Pravda.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
Bildirilib ki, BMT Baş Assambleyasının prezidenti kimi tərəfsiz bir vəzifəni icra edən biri diqqətli olmalı və məsuliyyətli davranmalı idi.
Qeyd olunub ki, BMT səlahiyyətli orqanlarını təmsil edən şəxslərin 1948-ci il tarixli BMT “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiya başda olmaqla, beynəlxalq hüququn norma və qaydalarına uyğun davranmaları lazımdır.
“Tarixi faktlar və beynəlxalq hüququn siyasi manipulyasiya ilə təhrif edilməsi cəhdlərini qınayır və rədd edirik. Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətlərin tam, adil və dürüst çərçivədə müzakirə edilməsi qənaətindədir”.
Daha çox xəbər:

Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb

Rəsmi Bakı: “Kanada XİN rəhbərinin verdiyi bəyanat ermənipərəst hissləri açıq şəkildə ifadə edir”

BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul edib

Ərdoğan BMT-nin Baş katibi ilə Ukraynanı müzakirə etdi

XİN Azərbaycan əsgərinin neytral ərazidə şəhid olması ilə bağlı bəyanat yaydı