Gündəm 19:18, 09 May 2019 0 Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən xəstələrdən 7 nəfərin vəziyyəti ağır olaraq qalır.Sonxeber.az-ın məlumatına görə, bunu xəstəxananın reanimotoloqu Aybəniz Nəbiyeva deyib.Onun sözlərinə görə, hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti daha kritikdir: "3 nəfərin bədəninin 40 faizi və nəfəs boruları yanıb. Vəziyyəti kritik olanların 3-ü də xarici ölkə vətəndaşlarıdır. Digər xəstələrin isə vəziyyəti orta ağırdır. Xəstələrin bəzilərinin vəziyyəti normal olandan sonra evə buraxıla bilər".Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Введите код с картинки: Добавить комментарий Daha çox xəbər: Xəzər dənizində baş verən qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA 09.05.19, Hadisə Xəzərdə gəmidə partlayış olub - Yaralılar var - RƏSMİ AÇIQLAMA 08.05.19, Hadisə SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü, 7 yaralı 08.05.19, Hadisə Salyanda məktəblilər olan mikroavtobus aşdı - Ölən və yaralananlar var + Yenilənib 06.05.19, Hadisə Cem Yılmazın vəziyyəti səhnədə pisləşdi 09.05.19, Gündəm