Gündəm / Siyasət / Cəmiyyət
Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir
Trend.az
AZ
XƏBƏR LENTİ
RƏSMİ XRONİKA
TREND TV
Siyasət
Cəmiyyət
İqtisadiyyat
Energetika
Biznes və iqtisadiyyat xəbərləri
Telekommunikasiya
Tender müsabiqələri
Turizm
Dünya xəbərləri
Maliyyə
Hadisə
Gündəm
İdman
Mədəniyyət
DAY.AZ
MİLLİ.AZ
AZERNEWS.AZ
Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir
Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir
28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən:
"Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, Sizə öz ehtiramımı bildirim və Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edim.
Müstəqillik Günü millətin birliyini və mənəvi yenilməzliyini əks etdirən əsas dövlət bayramıdır.
Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycanın rifahı naminə səmərəli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
Həştərxan vilayəti ilə Azərbaycan arasında uzun illər davamlı strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli qarşılıqlı əlaqələrin inkişafına hərtərəfli dəstəyinizə və dəyərli şəxsi töhfənizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıq əlaqələrini birgə səylərimizlə bundan sonra da fəal şəkildə genişləndirəcəyik".
***
Kanadanın General-Qubernatoru Meri Saymondan:
"Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə bütün kanadalılar adından Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün yaxınlaşdığı bir vaxtda Kanada Azərbaycanla əlaqələrin genişlənməsindən məmnundur. Xalqlarımızın möhkəm əlaqələrinə və fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan tərəfdaşlığımız qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitin mühafizəsi kimi ümumi maraq doğuran mühüm məsələlərin həllində beynəlxalq əməkdaşlığa sadiqliyimizlə daha da möhkəmlənib.
Ölkələrimizin öz vətəndaşları üçün daha yaxşı gələcək qurmağa çalışdığı bir vaxtda Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcəyinə ümid edir.
Bu əlamətdar gündə Kanada xalqı Azərbaycan xalqına, həmçinin Kanadada yaşayan bütün azərbaycanlılara qoşularaq ölkənizin Müstəqillik Gününü Sizinlə birlikdə qeyd edir. Bütün xalqınıza sülh və firavanlıq arzulayıram".
***
Kot-d'İvuar Respublikasının Prezidenti Alassane Uattaradan:
"Cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə
Kot-d'İvuar hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın maraqlarına uyğun olaraq möhkəmləndirilməsi və genişləndirilməsi üçün Zati-alinizlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".
***
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksadan:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Şri-Lanka Demokratik Sosialist Respublikasının hökuməti və xalqı adından Sizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Ümidvaram ki, Şri-Lanka ilə Azərbaycan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə ölkələrimizin mənafeyi naminə daha da möhkəmlənəcəkdir.
Zatı-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".
***
Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifədən:
"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram".