Gündəm / Siyasət
İlham Əliyev Emmanuel Makronu təbrik etd
İlham Əliyev Emmanuel Makronu təbrik etdi
Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
Globalpress.az xəbər verir ki, mətndə deyilir:
“Hörmətli cənab Prezident,
Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Bu il Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İqtisadiyyat, energetika, o cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Bu əməkdaşlığın bundan sonra da xalqlarımızın mənafeyi naminə birgə səylərimizlə davam etdiriləcəyinə inanıram.
Ümidvarıq ki, hazırda Avropa İttifaqına sədrlik edən Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, tərəfimizdən təqdim edilən beş prinsip əsasında ölkələr arasında sülh müqaviləsinin hazırlanması prosesinə öz dəstəyini verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”
Daha çox xəbər:

İlham Əliyev Qazaxıstan Prezidentinə məktub göndərdi

Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

İLHAM ƏLİYEVLƏ MAKRON BİR-BİRİNƏ MƏKTUB GÖNDƏRDİ: "Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq"

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Vladimir Putini təbrik etdi