Gündəm
Hərbi qulluqçuların mənəvi-psixoloji durumu öyrənilir

Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi qulluqçularla keçirilən tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin və sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilir.
Keçirilən praktiki tədbirlərdə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuların psixoloji reabilitasiyası, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunması məsələləri də diqqət mərkəzindədir.
Tədbirlər çərçivəsində sosial-psixoloji testlər keçirilir, fərdi qaydada söhbətlər aparılır, komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər təşkil olunur və metodiki tövsiyələr verilir.
Daha çox xəbər:

Müdafiə Nazirliyindən hərbi qulluqçuların koronavirusa qarşı peyvənd olunmaları ilə bağlı AÇIQLAMA

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni - Siyahısı

Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı

Baş nazir müharibədə iştirak etmiş şəxslər və şəhid ailələri ilə bağlı qərar imzaladı

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb