Gündəm / Siyasət / Dünya
XİN başçıları nələri müzakirə edəcəklər

Lüksemburqda toplanacaq Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının toplantısında Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq.
Globalpress.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Aİ Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində fəaliyyəti barədə nazirlərə məlumat verəcək. Avropa Şurasının rəhbəri iyulun 21-də Brüsseldə bu ölkələrin liderləri ilə növbəti üçtərəfli görüşü keçirəcək.
Qeyd edək ki, avropalı nazirlərin müzakirəsi xüsusilə Avropa İttifaqının Ukraynaya hərbi yardımına həsr olunacaq. Nazirlərin həmçinin “Prezident Zelenskinin sülh formulu”na diqqət yetirmələri gözlənilir.
“Aİ Ukraynanı qətiyyətlə və tam dəstəkləyir və lazım olduğu müddətcə Ukraynaya və onun xalqına güclü siyasi, iqtisadi, hərbi, maliyyə və humanitar yardım göstərməyə davam edəcək”, – Aİ Şurası bildirib.
Daha çox xəbər:

İlham Əliyev: "Azərbaycan Brüssel formatını dəstəkləyir"

İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub - Nələr müzakirə edilib?

Şarl Mişel: “Aİ Ukraynaya həlledici olacaq yardımı göstərməlidir”

Şarl Mişel: “Aİ Ukraynaya həlledici olacaq yardımı göstərməlidir”

Liderlərin görüş tarixi açıqlandı