Gündəm / Siyasət / Dünya
ABŞ-Ukrayna danışıqlarının ikinci raundu başlayıb

Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarının ikinci raundu başlayıb.
Globalpress.az xəbər verir ki, bu barədə "Al Arabiya" kanalı məlumat verib.
Fasilədən sonra ABŞ və Ukrayna arasında danışıqların ikinci raundu keçirilir.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Ukrayna tərəfi ilə danışıqlarda irəlilədiklərini bildirib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci mərhələsi başa çatıb.