Gündəm / Siyasət / Dünya
18:15, 12 Ağustos 2024
0

Hakan Fidan və Blinken arasında telefon danışığı olub

Hakan Fidan  və Blinken  arasında  telefon danışığı olub


Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Globalpress.az bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, qarşı tərəfin tələbi ilə baş tutan danışıq zamanı İsraillə HAMAS arasındakı danışıqlar prosesi və bölgədə artan gərginlik müzakirə edilib.

Nazir Fidan HAMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsi və fələstinlilərə qarşı davam edən qırğın İsrailin sülhü bərqərar etmək istəmədiyinin göstəricisi olduğunu vurğulayıb.

Türkiyəli diplomat, həmçinin daimi atəşkəs üçün İsrailə təzyiq edilməli olduğunu da bildirib
Digər xəbərlər: