Gündəm / İqtisadiyyat / Dünya
14:25, 17 Ocak 2024
0

Rusiya Qəzzaya yardım göndərib

Rusiya  Qəzzaya  yardım göndərib


Rusiya Qəzza zolağının sakinlərinə daha 30 ton humanitar yardım çatdıracaq.
Globalpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, humanitar yardım daşıyan “İl-76” təyyarəsi Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərinin hava limanına uçub:

“Yardım Misirə gətiriləcək və Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə çatdırılacaq və daha sonra Qəzza zolağına paylanacaq. Yardım Başqırdıstan Respublikasının təşəbbüsü ilə toplanıb”.

Qeyd edək ki, humanitar missiya başlayandan bəri Rusiya Qəzza xalqına təxminən 420 ton ərzaq, dərman, geyim daxil 18 təyyarə göndərib.
Digər xəbərlər: