Gündəm / İqtisadiyyat / Dünya
20:22, 23 Kasım 2023
0

Türkiyə Qəzzaya humanitar yardım göndərib

Türkiyə  Qəzzaya  humanitar yardım göndərib


Bu günə qədər Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 11 təyyarə ilə Qəzzaya 208 ton humanitar yardım materialı və 5 ton tibbi ləvazimat göndərilib.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla razılaşdırılaraq həyata keçirilən humanitar yardımlar çərçivəsində indiyədək Hərbi Hava Qüvvələrinə məxsus 11 təyyarə ilə 208 ton humanitar yardım materialı və 5 ton tibbi ləvazimat bölgəyə çatdırılıb:

“Türkiyə həll təklifləri ilə danışıqlar prosesində əvəzolunmaz bir ölkədir. Ölkəmiz kritik bölgələrdə və coğrafiyalarda sabitliyə töhfələr verməyə davam edəcək”.
Digər xəbərlər: