Gündəm / Siyasət / Dünya
10:00, 10 Ocak 2024
0

Blinken Yunanıstandan Ukraynaya yardım tələb edib

Blinken  Yunanıstandan  Ukraynaya  yardım tələb edib


ABŞ Dövlət Katibi Entoni Blinken Yunanıstandan Ukraynaya silah tədarük etməyi tələb edib...
Globalpress.az xəbər verir ki, bu barədə Amerikanın “Newsbreak” portalı məlumat yayıb. Portal yazır ki, ABŞ Dövlət Katibi Entoni Blinken yanvarın 6-da Yunanıstana səfəri zamanı Baş nazir Kiriakos Mitsotakisdən Ukraynaya yeni silahların verilməsini tələb edib. Qeyd edilir ki, Blinken, Mitsotakis ilə Yaxın Şərqdəki hadisələri, Ukrayna və iki ölkə arasındakı strateji əməkdaşlığı da müzakirə edib.

“Təəssüf ki, Blinkenin səfərində daha pis məqamlar var. Məlumata görə, ABŞ Dövlət Katibi Kiriakos Mitsotakislə görüşü zamanı Yunanıstandan Ukraynaya yeni silah sistemləri göndərməyi tələb edib”, deyə “Newsbreak” yazır.

Portal qeyd edir ki, ABŞ Dövlət Katibi Yunanıstana ultimatum verib və bir neçə gün ərzində Mitsotakis bu ultimatuma cavab verməlidir. Xəbəri yazan müəlliflərin fikrincə söhbət şantajdan gedə bilər.
Digər xəbərlər: