Gündəm / Siyasət / Dünya
12:50, 12 Aralık 2023
0

Çexiya Prezidenti Salome Zurabişvilini Praqa sarayında qəbul edib

Çexiya Prezidenti Salome Zurabişvilini Praqa sarayında qəbul edib



Ölkə Prezidenti Salome Zurabişvili Çexiya Respublikasına səfəri zamanı bu ölkənin Prezidenti Petr Pavel ilə görüşüb.
Globalpress.az xəbər verir ki, Prezidentlər arasında Gürcüstanın Aİ-yə üzvlük statusu, Rusiyanın Ukraynaya təcavüzü və Qafqazdakı vəziyyət müzakirə olunub. Çexiya prezidenti Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Salome Zurabişvili Çexiyaya səfəri çərçivəsində prezident Petr Pavellə görüşdən sonra sosial şəbəkədə bəyanat yayıb.

Sözügedən bəyanatda deyilir: “Bu həftə Gürcüstanın namizəd statusu ilə bağlı qəti qərar gözlədiyimiz zaman tam və sarsılmaz dəstəyə görə prezident Pavelə təşəkkür edirəm. Gürcüstan prezidentinin Çexiyaya bu tarixi ilk rəsmi səfəri xalqlarımız arasındakı sarsılmaz bağı göstərir”.

Qeyd edək ki, Salome Zurabişvili Çexiyaya rəsmi səfərini dekabrın 12-də başa vuracaq.
Digər xəbərlər: