Gündəm / Siyasət / Dünya
Sentyabrın 1- də rəsmilərin görüşü gözlənilir

Sentyabrın 1-də Gürcüstan prezidenti Salome Zurabişvili Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişellə görüşəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Xatırladaq ki, Almaniyaya səfəri çərçivəsində Salome Zurabişvili artıq Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.
Gürcüstan prezidenti məhz Almaniyaya səfəri zamanı Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəstəkləyən Avropa liderləri ilə görüşlərə başlayıb.
Məlumat üçün bildirək ki, hökumət administrasiyası prezident Salome Zurabişvilinin xaricə səfəri məsələsi ilə bağlı bəyanat yayıb və orada Salome Zurabişvilinin Almaniya ilə yanaşı, daha 9 ölkəyə səfərindən imtina edildiyi bildirilir