Gündəm / Siyasət / Dünya
07:56, 24 Ağustos 2023
0

Bu il Gürcüstan Avropa Birliyinə namizəd statusu alacaq

Bu il  Gürcüstan  Avropa  Birliyinə  namizəd  statusu alacaq


İnanıram ki, bu il Gürcüstan namizəd statusu alacaq və Ukrayna və Moldova ilə ümumi Avropaya inteqrasiya yolunda birləşəcək.

Globalpress.az xəbər verir ki, bu sözləri ölkə Prezidenti Salome Zurabişvili Krım platformasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, birlik və bu istiqamətdə olan qərarlar Ukraynanın qələbəsi üçün, Gürcüstan və Moldovanın gələcək təhlükəsizliyi üçün çox vacibdir.

Zurabişvili bildirib ki, gürcü xalqı Gürcüstanın Avropaya inteqrasiyasına sadiqliyini sübut edib.

Qeyd edək ki, oktyabrda Avropa Komissiyası Avropa Şurası üçün tövsiyələr hazırlayacaq. Dekabrda isə yekun qərarın verilməsi gözlənilir.

Bu qərar Aİ-nin bütün 27 ölkəsinin liderləri tərəfindən dəstəklənsə, Gürcüstan namizəd statusu alacaq.
Digər xəbərlər: