Gündəm / Siyasət / Dünya
11:38, 20 Kasım 2023
0

Pentaqon rəhbəri Kiyevə gəlib

Pentaqon  rəhbəri  Kiyevə  gəlib


Globalpress.az xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə gəlib.
Ostin bildirib ki, ABŞ Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyini davam etdirəcək.

“Ukrayna liderləri ilə görüşmək üçün indicə Kiyevə gəlmişəm. Bu gün mühüm mesajı çatdırmaq üçün buradayam – ABŞ həm indi, həm də gələcəkdə Rusiyanın təcavüzünə qarşı Ukraynaya azadlıq uğrunda mübarizəsində dəstəyini davam etdirəcək”, – Ostin deyib.

Bu yaxınlarda Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla telefon danışığı aparıb. Onlar noyabrın 22-də videokonfrans vasitəsilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) növbəti iclasının planları barədə danışıblar.
Digər xəbərlər: