Gündəm / Cəmiyyət / Sosial
Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplara aid artıq 24 minədək işsiz şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb.
Bu barədə Nazirlikdə Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə regional meneceri Paolo Belli ilə görüşdə bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatları diqqətə çatdırıb, ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin önəmini vurğulayıb.
22 min işsiz şəxsi əhatə etməsi hədəflənən “Məşğulluğa Dəstək Layihəsi”nin uğurlu icrasının nəticəsi olaraq Layihə iştirakçılarının sayının cari il ərzində 26 mini ötəcəyi qeyd edilib.
Özünüməşğulluq proqramın genişləndirilməsinə, həssas əhali qruplarına aid şəxslərin kiçik biznesə çıxışına dəstək olan bu layihənin uğurla icra edilməsinin Dünya Bankı tərəfindən yüksək dəyərləndirilərək mükafatla təltif olunduğu bildirilib.
Ölkəmizdə həyata keçirilən digər aktiv məşğulluq proqramları, son illər əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb.
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Dünya Bankının növbəti missiyası çərçivəsində keçirilən görüşdə missiya çərçivəsində aparılmış müzakirələr barədə məlumat verilib. Layihə üzrə görüləcək işlər, Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.







Daha çox xəbər:

“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində daha 50-dək şəxsə aktivlər verilib

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəmkir və Ağstafada da ictimai dinləmələr keçiriləcək

Şabranda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmə keçiriləcək

İki dövlət arasında memorandum imzalanıb