Gündəm / Cəmiyyət / Sosial
Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsi və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının rəhbərləri DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Ölkəmizdə səfərdə olan Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının prezidenti İosif Stavrakakis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar.
Mərkəzin direktoru Elnarə Ənsari qonaqlara müəssisənin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ildə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplardan olan, o cümlədən eşitmə və nitq məhdudiyyətli şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində işlər aparılır.
Mərkəzin benefisiarları burada 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb edilməklə yanaşı, onlara sosial-pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir.
A.Kosa və İ.Stavrakakis Mərkəzdə yaradıcılıq və təlim-məşq prosesini izləyib, benefisiarların təlimçilərlə birgə hazırladıqları əl işlərinə baxıblar.





Daha çox xəbər:

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq təlim kursları təşkil olunur - FOTO

Xarici ölkələrin diplomatları, beynəlxalq təşkilatların nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində

Pakistan nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Prezident və birinci xanım açılışda iştirak edib

İlham Əliyev “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB