Gündəm / Siyasət / Dünya
Astanada TDT- nin yubileyi başlayır

Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayır.
Globalpress.az xəbər verir ki, sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.
Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
Qeyd edək ki, 2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub
Daha çox xəbər:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər toplanır

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılacaq.

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılacaq.

Prezident İlham Əliyev Qazaxıstana səfər edib

TDT Baş katibi Aİ komissarı ilə görüşüb