Gündəm / Siyasət / Dünya
Rəsmilər Ukraynanı müzakirə ediblər

Türkiyə xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.
Globalpress.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə tərəfi yayıb.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyət, taxıl dəhlizinin bərpası istiqamətində atılan addımlar və İsveçin NATO-ya üzvlüyü kimi məsələlər müzakirə edilib.