Gündəm / Cəmiyyət / Sosial
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində daha 50-dək şəxsə aktivlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminatı davam edir.
Layihə çərçivəsində daha 50-dək işsiz şəxs aktivlərlə təmin edilib. Onlar verilmiş bu aktivlərlə öz kiçik biznes sahələrini yaradıblar.
“Məşğulluğa Dəstək Layihəsi”nin əsas məqsədi özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digər həssas qruplara aid şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznesə çıxışına şərait yaradılmasıdır.
Ümumilikdə, layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində isə biznes planlarını müdafiə edən şəxslərə istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilir.


Daha çox xəbər:

“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Şəhid ailələri və qazilərlə bağlı yeni xəbər - Müqavilələr imzalanır

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəmkir və Ağstafada da ictimai dinləmələr keçiriləcək

Daha bir qrup şəhid ailəsi və müharibə veteranı üçün heyvandarlıq təsərrüfatları yaradıldı