Gündəm / Cəmiyyət / Sosial
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəmkir və Ağstafada da ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəmkir və Ağstafa rayonlarında da ictimai dinləmələr keçiriləcək.
Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.
İctimai dinləmələr avqustun 3-də saat 11:00-da Şəmkir şəhərində, Şəmkir Gənclər Evinin binasında (Heydər Əliyev prospekti 60) və həmin gün saat 14:00-da Ağstafa şəhərində, Qazax-Tovuz Regional Məşğulluq Filialının Ağstafa xidmət şöbəsinin binasında (Səməd Vurğun küçəsi 57A) təşkil olunacaq.
Daha çox xəbər:

“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib

Regional təhsil idarələri yaradıldı

Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişlənəcək

İctimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il daha 50-dən çox e-xidməti istifadəyə verəcək - FOTO