Gündəm / Cəmiyyət
“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib.
Beləliklə, layihəyə cəlb olunanların sayı 9457-ə çatıb.
Layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin - əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s. özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.
Layihə çərçivəsində ümumilikdə bu kateqoriyadan olan 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi hədəflənib.
Qeyd edək ki, layihənin iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmədə biznes planlarını müdafiə edən şəxslər istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını yaratmaları üçün avadanlıqlarla təmin olunurlar.
Daha çox xəbər:

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Bu ilin 6 ayında 6791 şəxs özünüməşğulluq proqramına cəlb edilib

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəmkir və Ağstafada da ictimai dinləmələr keçiriləcək

Media nümayəndələri Şamaxıda şəhid ailəsi və müharibə veteranları üçün yaradılan təsərrüfatlarla tanış olublar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 124 min şəxsə 294 min xidmət göstərilib